×
A
A
A
Sazlamalar

Ötən il Azərbaycanla Çexiyanın ticarət dövriyyəsinin həcmi 57 faiz artıb

Bakı, 16 may, AZƏRTAC

Keçən il Azərbaycan ilə Çexiya arasında ticarət dövriyyəsinin həcmi 57 faiz artaraq 1 milyard ABŞ dollarını ötüb.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov mayın 16-da Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunda deyib.
Nazir müavini qeyd edib ki, Çexiya şirkətləri Azərbaycanda ümumi dəyəri 2,8 milyard dollarlıq layihələrdə iştirak ediblər. Çexiyanın Cənubi Qafqazdakı investisiya qoyuluşlarının 88 faizi Azərbaycanın payına düşür.

Biznes 2019-05-16 15:57:00