×
A
A
A
Sazlamalar

Latviya Azərbaycan ilə ədliyyə sahəsindəki əməkdaşlığa böyük önəm verir

Riqa, 16 may, AZƏRTAC 

Latviya Azərbaycan ilə ədliyyə sahəsində əməkdaşlığa böyük önəm verir.
AZƏRTAC xəbər verir ki, bunu Latviyanın ədliyyə naziri Yan Bordan Azərbaycanın bu ölkədəki səfiri Cavanşir Axundov ilə görüşündə deyib.
Nazir iki ölkə arasında ədliyyə sahəsində münasibətlərin səviyyəsini yüksək qiymətləndirib. Yan Bordan bildirib ki, Azərbaycan ilə ədliyyə sistemində islahatlar, probasiya institutunun inkişafı və s. sahələrdə uğurlu əməkdaşlıq həyata keçirilir.
Söhbət zamanı 2017-ci il sentyabrın 13-də imzalanan “Azərbaycan və Latviya Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa

Sosial 2019-05-16 15:09:00