Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan şahmatçısı Dubayda keçirilən beynəlxalq turnirin qalibi olub

Bakı, 16 may, AZƏRTAC

Dubayda keçirilən “Allegiance to Zayed Chess Tournament 2019” şahmat turnirinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, 9 turdan 8,5 xal toplayan azərbaycanlı qrossmeyster Qədir Hüseynov turnirin qalibi olub. Ermənistan təmsilçisi Qabriel Sarkisyan 7,5 xalla ikinci, Moldova şahmatçısı Viorel İordaçesku 7 xalla üçüncü yerdə qərarlaşıblar.

İdman 2019-05-16 14:29:00