Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Anna Netrebko və Yusif Eyvazov Sankt-Peterburqda “Şəhər günü”ndə çıxış edəcəklər

Moskva, 16 may, AZƏRTAC

Anna Netrebko və Yusif Eyvazov Sankt-Peterburqda qeyd olunan “Şəhər günü”ndə çıxış edəcəklər.
AZƏRTAC xəbər verir ki, mayın 27-də Rusiyanın şimal paytaxtında “Şəhər günü” qeyd olunacaq. 1703-cü il mayın 27-də çar Birinci Pyotrun göstərişi ilə Sankt-Peterburqun təməli qoyulub. Bu tarix Sankt-Peterburqda hər il qeyd olunur.
Bu il şəhərin Saray meydanında açıq havada keçiriləcək konsert proqramında dünya şöhrətli opera müğənniləri Anna Netrebko və Yusif Eyvazov da iştirak edəcəklər.


Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Mədəniyyət 2019-05-16 13:25:00