Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Akademik Yusif Məmmədəliyevə həsr olunan müsabiqənin II mərhələsinə 31 şagird vəsiqə qazanıb

Bakı, 16 may, AZƏRTAC 

AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) 90 illik yubileyi ilə əlaqədar olaraq IX-X sinif şagirdləri arasında keçirilən “Mən XXI əsrdə Yusif Məmmədəliyevin davamçısı olmaq istəyirəm” müsabiqəsinin I mərhələsinə yekun vurulub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, müsabiqənin II mərhələsi mayın 26-da NKPİ-də saat 10:00-da keçiriləcək. Bu mərhələyə IX sinif üzrə 12, X sinif üzrə 19 şagird vəsiqə qazanıb. Onların adları NKPİ-nin rəsmi saytında yerləşdirilib.
Qeyd edək ki, iştirakçılar mayın 26-sı saat 09:30-da qeydiyyatdan keçməlidirlər.

Elm və təhsil 2019-05-16 13:11:00