Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Vladimir Zelenskinin andiçmə mərasimi mayın 20-də keçiriləcək

Kiyev, 16 may, AZƏRTAC
Ukrayna Ali Radası yeni prezident seçilmiş Vladimir Zelenskinin andiçmə mərasiminin mayın 20-də keçirilməsi barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, Ali Radada inauqurasiya mərasiminin tarixi ilə bağlı 7 layihə müzakirəyə çıxarılıb. Təklif olunan günlər mayın 17, 19, 20, 26, 28 və iyunun 1-i idi.
Ali Radada səsvermə nəticəsində böyük səs çoxluğu ilə inauqurasiyanın mayın 20-də keçirilməsi barədə qərar qəbul edilib.


Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2019-05-16 12:29:00