Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Bakıda üzərində silah və narkotik vasitə gəzdirən şəxs saxlanılıb

Bakı, 16 may, AZƏRTAC

Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinin və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində birgə əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəticədə Tərtər rayon sakini əvvəllər məhkum olunmuş İsrayıl Eyvazov saxlanılaraq bölməyə gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman “Naqan” markalı tapança, beş patron, əlindəki idman çantasından isə 620 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb. İ.Eyvazov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Hadisə 2019-05-16 12:30:00