×
A
A
A
Sazlamalar

Ankarada TÜRKPA-nın komissiya iclası keçirilir

Ankara, 16 may, AZƏRTAC

Ankarada Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Sosial, mədəni və humanitar məsələlər komissiyasının 7-ci iclası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycanı Milli Məclisin deputatı Sevinc Hüseynova təmsil edir.
İclasda “BMT-nin Dayanıqlı İnkişaf Hədəfləri çərçivəsində gender məsələləri. TÜRKPA-ya üzv ölkələrdə müasir ailələrin mədəni kimliyi” mövzusunda hesabat dinləniləcək, tövsiyə qərarı qəbul ediləcək, komissiyanın 8-ci iclasının yeri, vaxtı, və s. məsələlər müzakirə olunacaq.
İclasdan sonra iştirakçı heyətlər TÜRKPA-nın 10 illik yubileyi münasibətilə Türkiyə Böyük Millət Məclisində təşkil olunan fotosərgiyə baxacaq, TÜRKPA-nın 10-cu ildönümü medallarının təqdim edilməsi mərasimlərinə qatılacaqlar.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Siyasət 2019-05-16 12:12:00