Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan aliminin kitabı ”World Scientific” nəşriyyatında çap edilib

Bakı, 16 may, AZƏRTAC
Professor Mustafa Babanlının “Qeyri-səlis məntiqə əsaslanan material seçimi və sintezi” (Fuzzy logic-based material selection and synthesis) kitabı nüfuzlu “World Scientific” elm nəşriyyatında çapdan çıxıb.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, ingilis dilində nəşr olunan kitab beş fəsildən ibarətdir. Birinci fəsildə qeyri-səlis şəbəkə nəzəriyyəsi, qeyri-səlis məntiq, qeyri-səlis modelləşdirmə, qeyri-səlis riyaziyyat və Z ədədlər haqqında ilkin məlumat verilir. İkinci fəsil ən yeni materialların seçilməsi və sintezi metodlarının nəzərdən keçirilməsinə həsr olunub. Qeyri-səlis material seçim metodologiyası üçüncü fəsildə nəzərdən keçirilir. Tələb olunan xarakteristikaya malik yeni materialların sintezi üçün qeyri-səlis metodlar dördüncü fəsildə, qeyri-səlis metodlardan istıfadə edərək material seçimi və sintezi haqqında araşdırmalar isə beşinci fəsildə verilib.
Kitab tədqiqatçı və mütəxəssislər üçün nəzərdə tutulur.

Elm və təhsil 2019-05-16 12:06:00