Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

AQTA-nın nümayəndələri Abşeronda heyvandarlıqla məşğul olan sahibkarlarla görüşüblər

Xırdalan, 16 may, Ətrabə Rzayeva, AZƏRTAC
Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Abşeron rayonunun Qobustan kəndində keçirdiyi “Heyvan və insanlar üçün ümumi olan xəstəliklər də daxil olmaqla, xüsusi təhlükəli və digər yoluxucu xəstəliklərin baş verməsi və yayılmasının qarşısının alınması” mövzusunda maarifləndirici tədbirdə heyvandarlıqla məşğul olan sahibkarlar iştirak edib.
AZƏRTAC xəbər verir ki, görüşdə sahibkarların qarşılaşdıqları problemləri dinlənilib, onların həlli yolları barədə fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Bildirilib ki, sağlam mühitin formalaşdırılması üçün heyvan kəsimi standartlara uyğun şəkildə həyata keçirilməli və yalnız müəyyən laborator müayinələrdən sonra həmin məhsulların istehlakçılara çatdırılması təmin olunmalıdır.
Sahibkarların diqqətinə çatdırılıb ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu istiqamətdə fəaliyyət göstərən subyektlər üçün lazım olan bütün köməkliklər, maarifləndirmə və tövsiyə xarakterli yardımlar həyata keçirilir.
Sonda sahibkarlar onları narahat edən məsələlər barədə fikir və təkliflərini diqqətə çatdırıblar.

Kənd təsərrüfatı 2019-05-16 11:23:00