Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Stolüstü tennis üzrə klub və həvəskar komandalar arasında liqa çempionatının növbəti turlarına yekun vurulub

Bakı, 16 may, AZƏRTAC

Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə klub və həvəskar komandalar arasında liqa çempionatının altıncı və yeddinci turları keçirilib.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, “Şüa” idman-sağlamlıq kompleksində təşkil olunan yarışda 13 komanda mübarizə aparıb. Yekunda “Stellar” komandası 13 xalla birinci pillədə qərarlaşıb. İkinci və üçüncü yerləri 12 xalla “Vitta” və “Ümid” komandaları tutublar.
Pilot layihə olan liqa çempionatı klub sisteminin inkişaf etdirilməsi məqsədilə təşkil olunub.

İdman 2019-05-16 11:10:00