Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert proqramı təqdim edilib

Bakı, 16 may, AZƏRTAC
Mayın 14-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 24 nömrəli onbirillik musiqi məktəbində “Ümummilli lider Heydər Əliyevin xatirəsinə” həsr olunmuş konsert keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, konsert 24 nömrəli onbirillik musiqi məktəbi ilə Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətlər haqqında məlumat verilib.
Sonra tədbir konsert proqramı ilə davam edib. Konsertdə xalq musiqisi ilə yanaşı, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri ifa olunub.

Mədəniyyət 2019-05-16 11:03:00