Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Beştərəfli anlaşma memorandumu imzalanıb

Bakı, 16 may, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Mərkəzi Bankı (AMB), Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, AMB-nin sədrinin birinci müavini Alim Quliyev, MBNP-in idarə heyəti sədrinin vəzifəsini icra edən İbrahim Alışov, İİTKM-in icraçı direktoru Vüsal Qasımlı və ABA-nın prezidenti Zakir Nuriyev imzalayıblar.
Memorandum mayın 16-da Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sammiti çərçivəsində imzalanıb.

İqtisadiyyat 2019-05-16 11:00:00