Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Alim Quliyev: Manatın məzənnəsinin sabitliyi üçün bütün makroiqtisadi əsaslar qüvvədədir VİDEO

Bakı, 16 may, AZƏRTAC

Manatın məzənnəsinin sabitliyi üçün hazırda ölkədə bütün makroiqtisadi əsaslar qüvvədədir və narahatçılıq üçün amil yoxdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Bankın idarə heyətinin sədrinin birinci müavini Alim Quliyev jurnalistlərə müsahibəsində deyib.
"Bu gün Azərbaycanın valyuta ehtiyatları və beynəlxalq əmtəə bazarlarındakı vəziyyət imkan verir ki, ölkədə 2017-ci ildə sabitləşən, bərqararlaşan iqtisadi sabitlik təmin olunsun. Manatın məzənnəsinin ilin sonuna qədər sabitliyinin təmin olunması üçün də bütün əsaslar var", - deyə A.Quliyev qeyd edib.

Maliyyə 2019-05-16 10:17:00

Video