Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Britaniyada yol təhlükəsizliyi ilə bağlı uşaqlar üçün xəbərdarlıq məqsədilə “Disney” qəhrəmanlarının təsvirlərindən istifadə ediləcək

London, 16 may, AZƏRTAC

Böyük Britaniyanın yol təhlükəsizliyi ilə bağlı xəbərdarlıq rəmzlərinə uşaqlar üçün “Disney” qəhrəmanlarının təsvirləri də əlavə ediləcək. Kampaniya “Disney Junior” və yol hərəkəti təhlükəsizliyi təşkilatı olan “Brake” arasında əməkdaşlıq şəraitində həyata keçirilir.
Britaniyanın rəsmi yol işarəsi dizayneri Marqaret Kelvert “Disney”in Mikki Maus, Mini Maus və Donald Dak kimi məşhur simvollarının yeni dizaynlarını hazırlayıb.
O bildirib ki, bu, valideynləri və uşaqları yollarda təhlükəsiz hərəkətə təşviq etməyi nəzərdə tutan kampaniyanın bir hissəsidir.
Məktəblərin və uşaq bağçalarının ətrafına yerləşdiriləcək təsvirlərin balacaların yol hərəkəti qaydalarına əməl etmələrinə töhfə verəcək.



Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2019-05-16 09:51:00