Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Şirvanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Şirvan, 16 may, Mahir Babayev, AZƏRTAC 

Şirvanda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gecə qeydə alınıb.
Şirvan sakini Elnur Məmmədov idarə etdiyi “VAZ 2106” markalı 10-EG-126 dövlət nömrə nişanlı avtomobillə qarşısına çıxan piyada Nazim Axundovu vurub. Ağır bədən xəsarətləri alan N.Axundov Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Regionlar 2019-05-16 09:06:00