Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Yekaterinburq 2020-ci ildə keçiriləcək sambo üzrə Avropa çempionatına ev sahibliyi üçün yeganə namizəd şəhərdir

Bakı, 16 may, AZƏRTAC

Yekaterinburq sambo üzrə 2020-ci ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi etmək üçün yeganə namizəd şəhərdir. Avropa Sambo Federasiyasının mayın 16-da İspaniyanın Xixon şəhərində keçiriləcək konqresində çempionata ev sahibliyi hüququnu qazanan şəhər rəsmən təsdiqlənəcək.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa və Ümumrusiya Sambo federasiyalarının prezidenti Sergey Yeliseyev məlumat verib. O qeyd edib ki, Avropa Sambo Federasiyasının illik konqresində təşkilatın ötənilki fəaliyyətinin nəticələri nəzərdən keçiriləcək, planlar müzakirə ediləcək. Həmçinin bir neçə namizədin federasiyanın icraiyyə komitəsinə üzv seçilməsi məsələsinə baxılacaq.
Mayın 16-dan 20-dək İspaniyanın Xixon şəhərində sambo üzrə Avropa çempionatı keçiriləcək.

İdman 2019-05-16 07:22:00