Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Türkiyənin xarici işlər naziri Latviyaya səfər edəcək

Riqa, 16 may, AZƏRTAC 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Latviyaya səfər edəcək. Səfər Latviyanın xarici işlər naziri Edqar Rinkeviçin dəvəti əsasında reallaşacaq.
AZƏRTAC xəbər verir ki, M.Çavuşoğlu səfər çərçivəsində ölkə rəhbərliyi ilə də görüşəcək.
Səfərin məqsədi Türkiyə ilə Latviya arasındakı ikitərəfli əlaqələrin perspektivləri və yeni əməkdaşlıq imkanlarının müzakirəsidir.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa

Dünya 2019-05-16 04:18:00