Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Latsio” klubu yeddinci dəfə İtaliya kuboku turnirinin qalibi adını qazanıb

Bakı, 16 may, Nicat Məmmədov, AZƏRTAC

Mayın 15-də İtaliya kuboku uğrunda turnirin final qarşılaşmasında “Latsio” klubu “Atalanta” komandası ilə üz-üzə gəlib.
AZƏRTAC xəbər verir ki, Romadakı “Olimpiya” stadionunda oynanılan görüş paytaxt təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:0.
“Latsio”un heyətində Sergey Milinkoviç-Saviç (82) və Xoakin Korrea (90) fərqləniblər.
Bu qələbədən sonra “Latsio” tarixində yeddinci dəfə ölkə kubokunun qalibi adını qazanıb. Roma təmsilçisi 1958-ci, 1998-ci, 2000-ci, 2004-cü, 2009-cu və 2013-cü illərdə bu kuboku başı üzərinə qaldırıb.
“Atalanta” isə 1963-cü ildəki zəfərindən 56 il sonra kuboka sahib olmaq şansını əldən verib.

İdman 2019-05-16 03:02:00