Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İlin əvvəlindən Abşeron rayonunda 54 nəfərə işsizlikdən sığorta ödənişi təyin olunub

Xırdalan, 16 may, Ətrabə Rzayeva, AZƏRTAC

İlin əvvəlindən Abşeron Rayon Məşğulluq Mərkəzi tərəfindən 54 nəfərə işsizlikdən sığorta ödənişi təyin olunub. Həmçinin mərkəzin qeydiyyatında olan 105 nəfər qeyri-məşğul vətəndaş Bakı Regional Peşə Tədrisi Mərkəzində mühasib, qənnadıçı, xalçaçı, ingilis dili, dərzi ixtisasları üzrə peşə kurslarına göndərilib.
Bu barədə AZƏRTAC–a rayon Məşğulluq Mərkəzindən məlumat verilib.
Qeydiyyatda olan işaxtaran və işsiz vətəndaşların özünüməşğulluğunun təmin edilməsi üçün 169 nəfər kurslara cəlb olunub. Onlardan 15-i istehsal, 95 nəfər isə heyvandarlıq sahəsi üzrə aktivlərlə təmin edilib.
Ötən il Məşğulluq Mərkəzinin xətti ilə 994 nəfər işə düzəlib. Bunun 79 nəfəri qaçqın və məcburi köçkünlərdir. Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, qeyri-məşğul əhalinin ödənişli ictimai faydalı əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı rayon Məşğulluq Mərkəzi və digər aidiyyəti idarələrlə birgə təkliflər hazırlanıb. Rayonun küçə, prospekt, park, xiyaban və magistral yolların ətrafında abadlıq-quruculuq, doqquz çoxmənzilli yaşayış binasının təmiri işlərinə 470 sakin cəlb olunub.

Regionlar 2019-05-16 02:31:00