Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İraqın Baş naziri Adil Əbdül-Mehdi Türkiyəyə səfərə gəlib

Ankara, 15 may, AZƏRTAC

İraqın Baş naziri Adil Əbdül-Mehdi Türkiyəyə səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Ankarada qonağın rəsmi qarşılanma mərasimi olub. İkitərəfli və çoxtərəfli görüşlərdən sonra Prezident Rəcəb Tayyib Ərdoğan ilə Baş nazir Adil Əbdül-Mehdi birgə mətbuat konfransı keçirəcəklər.
Qeyd edək ki, son aylar Türkiyə-İraq münasibətlərində nəzərəçarpacaq dərəcədə istiləşmə müşahidə olunur. Tərəflər arasında qarşılıqlı səfərlər intensivləşib. Türkiyə İraqın ərazi bütövlüyünü dəstəkləyir. Qardaş ölkə İraqdan öz ərazisindəki terrorçu qruplar, o cümlədən PKK və digər təşkilatlar ilə sərt mübarizə aparmasını tələb edir.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-05-15 20:02:00