Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İlin dörd ayında Azərbaycan ilə Ukrayna arasında ticarət dövriyyəsinin həcmi 270 milyon dollara çatıb

Kiyev, 15 may, AZƏRTAC

Bu ilin yanvar-aprel aylarında Azərbaycan ilə Ukrayna arasında idxal-ixrac əməliyyatlarının həcmi 270 milyon dollara yaxın olub.
Ukrayna Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, dörd ayda Azərbaycandan Ukraynaya 127,6 milyon dollarlıq məhsul ixrac olunub. Azərbaycanın Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 142,1 milyon dollar təşkil edib.
Ukrayna Azərbaycan ilə ticarət dövriyyəsinin həcminə görə postsovet məkanında Rusiyadan sonra ikincidir. Ötən il Azərbaycan ilə Ukrayna arasında idxal-ixrac əməliyyatlarının həcmi 829 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 18 milyon dollar çoxdur. Keçən il iki ölkə arasındakı ticarət dövriyyəsində son beş ilin ən yüksək göstəricisi qeydə alınıb.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

İqtisadiyyat 2019-05-15 19:57:00