×
A
A
A
Sazlamalar

Çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması diqqət mərkəzində saxlanılır

Bakı, 15 may, AZƏRTAC 

Mayın 15-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Aran Regional Mərkəzinin təşkilatçılığı ilə Mingəçevir Şəhər İcra Hakimiyyətində “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirə keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Mingəçevir şəhəri ərazisindəki su hövzələrində keçirilən monitorinqin nəticələri barədə məlumat verilib. Aşkarlanan nöqsanlar fotoslaydlarla nümayiş olunaraq yerli icra orqanlarının rəhbərləri ilə müzakirə edilib, bu barədə məlumatlar aidiyyəti qurumların əməkdaşlarının diqqətinə çatdırılıb.
Toplantıda yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti, ölkə ərazisindəki su hövzələrində həyata keçirilmiş təhlükəsizlik tədbirlərindən söhbət açılıb.
Sonda “Su hövzələrində təhlükəsizlik və davranış qaydaları”na dair videoçarx nümayiş olunub.

Sosial 2019-05-15 19:34:00