Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

www.kibrishabersitesi.com saytı: Bakı UEFA Avropa Liqasının final oyununa uğurla ev sahibliyi edəcək

İstanbul, 15 may, AZƏRTAC

Şimali Kiprin aparıcı xəbər portallarından olan www.kibrishabersitesi.com  saytında “Bakı UEFA Avropa Liqasının final oyununa uğurla ev sahibliyi edəcək” sərlövhəli məqalə yerləşdirilib.
AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri Sabir Şahtaxtının müəllifi olduğu məqalədə son illər Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə, idman yarışlarına uğurla ev sahibi etməsi barədə məlumat verilib. Əminliklə ifadə olunub ki, Bakı bundan əvvəl ev sahibi etdiyi tədbirlər kimi, UEFA Avropa Liqasının final oyununu da uğurla keçirəcək.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

İdman 2019-05-15 19:46:00