Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Amerikalı tədqiqatçı Folklor İnstitutunda olub

Bakı, 15 may, AZƏRTAC 

Mayın 15-də ABŞ-ın Koastal Karolina Universitetinin humanitar və incəsənət kollecinin dosenti Anna Oldfild Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə direktor, akademik Muxtar Kazımoğlu elmi müəssisədə aparılan tədqiqat işlərindən, Azərbaycan-Amerika folklor əlaqələrindən söz açıb.
Anna Oldfild beşinci dəfədir Azərbaycana gəldiyini söyləyib. O, ölkəmizin tarixi, ədəbiyyatı, folkloru, musiqisi ilə dərindən maraqlandığını, xüsusən dastanşünaslıq və aşıq sənətinə böyük maraq göstərdiyini bildirib. Diqqətə çatdırıb ki, türk, rus dillərinə dərindən yiyələnməsi ona folklorumuzla yaxından tanış olmağa kömək edib. Anna Oldfild çalışdığı universitetlə Folklor İnstitutu arasında geniş elmi əlaqələrin qurulacağına əminliyini bildirib.
Sonda qonağa institutun nəşrləri təqdim edilib.

Elm və təhsil 2019-05-15 19:45:00