Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Tələbələr ödəniş kartları ilə aparılan əməliyyatlar və innovativ ödəniş həlləri barədə məlumatlandırılıb

Bakı, 15 may, AZƏRTAC
"Maliyyə və rəqəmsal texnologiyalar həftəsi" çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə növbəti tədbir keçirilib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, "MilliKart" MMC-də Bakı Mühəndislik Universitetinin tələbələri ilə görüş olub, MMC-nin və onun həyata keçirdiyi prosessinq fəaliyyətinin xüsusiyyətləri iştirakçılara təqdim edilib. Həmçinin tələbələrə ödəniş kartları ilə aparılan əməliyyatlar, innovativ ödəniş həlləri, fırıldaqçılıq hallarına qarşı mübarizə tədbirləri haqqında məlumat verilib.
Təşkilatın gündəlik fəaliyyəti ilə yaxından tanış olan qonaqlar müxtəlif struktur bölmələrin iş prosesinin şahidi olmaq imkanı əldə ediblər. Tələbələr "MilliKart" MMC-də təcrübə mübadiləsinə dəvət edilib.

İqtisadiyyat 2019-05-15 19:06:00