Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“IMSA World Masters Championship 2019”:Rauf Məmmədov dörd oyundan 1,5 xal toplayıb

Bakı, 15 may, AZƏRTAC

Çində keçirilən “IMSA World Masters Championship 2019” dünya intellektual oyunlarının ikinci gününə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, azərbaycanlı qrossmeyster Rauf Məmmədovun dördüncü turda macarıstanlı Riçard Rapporta, daha sonra çinli Van Xaoya uduzub. Növbəti turlarda Macarıstanın digər təmsilçisi Peter Lekoya qalib gələn şahmatçımız gürcüstanlı İvan Çeparinov ilə heç-heçə edib.
Səkkiz turun nəticəsinə görə, şahmatçımız 3 xalla 13-cü pillədə qərarlaşıb. Turnir cədvəlinə 6,5 xalla ukraynalı Anton Korobov liderlik edir.

İdman 2019-05-15 19:09:00