×
A
A
A
Sazlamalar

FHN-in Aran Regional Mərkəzində mülki müdafiə kursları davam etdirilir

Bakı, 15 may, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzində “Yanğınsöndürmə manqalarının komandirləri” kateqoriyası üzrə mülki müdafiə kursu təşkil olunub.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, kursda iştirak edən dinləyicilərə əhalinin baş verə biləcək fövqəladə hadisələrdən mühafizəsi üsulları və davranış qaydaları, idarəetmə orqanlarının fəaliyyəti və əhalinin mühafizəsi sahəsindəki roluna dair məşğələlər keçilib.
Məşğələlərdə dinləyicilərə ilkin tibbi yardımın göstərilməsi, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, yerli özünüidarəetmə orqanları rəhbərlərinin mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi, habelə təsdiq olunmuş proqram əsasında mülki müdafiə və fövqəladə hadisələrdən mühafizə sahəsində vəzifələrin yerinə yetirilməsi ilə bağlı məlumatlar verilib.
Aran Regional Mərkəzinin digər struktur bölmələrinin, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin və Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları da tədris prosesində iştirak ediblər.
Kursların sonunda proqramı müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə şəhadətnamələr təqdim olunub.

Sosial 2019-05-15 18:49:00