Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

VII “Zirvə” Uşaq Oyunlarında qılıncoynatma yarışlarının qalibləri müəyyənləşib

Bakı, 15 may, AZƏRTAC

Xırdalanda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan VII “Zirvə” beynəlxalq Uşaq Oyunları davam edir.
Azərbaycan Qılıncoynatma Federasiyasından AZƏRTAC-a bildiriblər ki, “Zirvə” İdman Klubunun təşkilatçılığı ilə keçirilən yarışda qılıncoynatma idman növü üzrə qaliblər müəyyənləşib. Sablya və şpaqa üzrə keçirilən yarışda 2005-2007-ci il təvəllüdlü qılıncoynadanlar yarışıblar. Şpaqa yarışında oğlanlar arasında Orxan Həsənli, qızların mübarizəsində isə Nazilə Rəhimova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Sablya yarışlarında isə oğlanlardan Rəsul Əliyev, qızlardan isə Xədicə Şamilova qızıl medala layiq görülüblər.

İdman 2019-05-15 18:58:00