Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Binəqədidə “Rayonumuzu Təmiz Saxlayaq” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Bakı, 15 may, AZƏRTAC

Mayın 15-də Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Rayonumuzu Təmiz Saxlayaq” layihəsi çərçivəsində 100 nömrəli tam orta məktəbdə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları məktəbin şagirdlərinin əl işlərindən ibarət rəsm əsərləri və “Tullantıdan sənətə” sərgisi ilə tanış olublar.
Tədbirdə çıxış edənlər bu kimi sərgilərin əsas məqsədinin uşaqlara ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, onları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirmək olduğunu bildiriblər.
Qeyd olunub ki, ekoloji siyasətin əsasını təşkil edən ətraf mühitin sağlamlaşdırılması sahəsində nəticə əldə etmək məqsədilə respublikamızda Avropa qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmış bir sıra mühüm qanunlar qəbul edilib. Bildirilib ki, iri şəhərlərdə sənaye və məişət tullantılarının uzun illər yığılıb istifadəsiz qalması da öz növbəsində gərgin ekoloji vəziyyətin yaranmasına səbəb ola bilər.
Sonda şagirdlərin ifasında şeirlər, mahnılar səsləndirilib, səhnəciklər nümayiş olunub.

Cəmiyyət 2019-05-15 18:57:00