Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan Tibb Universitetində “Qaraciyər elastoqrafiyası” kursu keçirilib

Bakı, 15 may, AZƏRTAC 

Azərbaycan Tibb Universiteti (ATU) rezidentlərinin VII elmi-təcrübi konfransı (ATUREK-7) ilə bağlı ATU-nun I cərrahi xəstəliklər kafedrasında “Qaraciyər elastoqrafiyası” kursu keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kursun rəhbəri və icraçısı, kafedranın assistenti, tibb üzrə fəlsəfə doktoru Sevinc Salahova elastoqrafiyanın əsasları, qaraciyər elastoqrafiyasına göstərişlər və kliniki əhəmiyyəti barədə məruzə ilə çıxış edib.
Məruzədən sonra rezidentlər elastoqrafiyanın xəstə üzərində tətbiqində iştirak ediblər.
Tədbirin sonunda kursu uğurla bitirən rezidentlərə kafedranın müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nuru Bayramov tərəfindən sertifikatlar təqdim edilib.

Səhiyyə 2019-05-15 18:42:00