Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Kanada Qran-Prisində Azərbaycanı dörd kişi cüdoçu təmsil edəcək

Bakı, 15 may, AZƏRTAC

Kanadanın Monreal şəhərində keçiriləcək Qran-Pridə Azərbaycanı təmsil edəcək kişi cüdoçular müəyyənləşib.
AZƏRTAC Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, turnirdə ölkəmizi Kəramət Hüseynov (60 kq), İbrahim Əliyev, Nicat Şıxəlizadə (hər ikisi 66 kq) və Murad Fətiyev (81 kq) təmsil edəcəklər.

İdman 2019-05-15 17:56:00