Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 15 may, AZƏRTAC
Mayın 15-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.4773 AZN (6.76 faiz) olan 23 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 720,098,400 AZN olub.
AMB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti 99.4773 AZN (6.76 faiz) müəyyən edilib. Notlar iyunun 12-də ödəniləcək.

Maliyyə 2019-05-15 17:33:00