×
A
A
A
Sazlamalar

Beynəlxalq Sosial Təminat Assosiasiyası əlilliyin qiymətləndirilməsi üzrə elektron sistemi müsbət dəyərləndirib

Bakı, 15 may, AZƏRTAC 

Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) tərəfindən Avropa regionu üzrə təşkil edilən “Yaxşı təcrübə” müsabiqəsində Azərbaycanın daha bir sosial layihəsi - əlilliyin qiymətləndirilməsi üzrə elektron sistem (e-sistem) müsbət dəyərləndirilərək BSTA-nın xüsusi mükafatına layiq görülüb.
Bu barədə AZƏRTAC-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.
Qurumun ölkəmizdə təşkil etdiyi Avropa Regional Sosial Təminat Forumu çərçivəsində mükafat BSTA-nın rəsmiləri tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilib.
Əlilliyin qiymətləndirilməsi qeyd olunan e-sistem vasitəsilə məmur-ekspert təması olmadan həyata keçirilir. Belə ki, səhiyyə müəssisəsi tərəfindən həmin e-sistemə daxil edilən göndəriş əlilliyi qiymətləndiriləcək şəxsin kimliyinə dair məlumatlar adsızlaşdırıldıqdan sonra tibbi-sosial ekspertiza xidmətinə yönəldilir. Nəticədə yalnız göndərişdəki xəstəliyə dair məlumat əsasında əlillik təyin edilib-edilməməsinə dair şəffaf və obyektiv şəkildə qərar qəbul edilir.

 

Sosial 2019-05-15 15:58:00