Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İmişlidə çiyid səpini başa çatıb

İmişli, 15 may, Mahir Babayev, AZƏRTAC
İmişlidə cari ilin məhsulu üçün çiyid səpini müvəffəqiyyətlə başa çatıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari mövsüm rayonda 20 min ton pambıq istehsalı nəzərdə tutulub. Bunun üçün məhsul istehsalçıları müqavilə bağladıqları istehsal müəssisələrinin göstərdiyi hərtərəfli dəstəkdən yararlanaraq qısa müddətdə 7 min 492 hektar sahədə səpin aparıblar. Toxum səpilən ərazilərin 3 min 372 hektarı “MKT-İK” MMC-yə, 1490 hektarı “MKT-İK İnnovasiya” MMC-yə, 1830 hektarı “AZƏR PAMBIQ” MMC-yə, 800 hektarı isə “KP-Aqro” MMC-yə məxsusdur.
Artıq səpin aparılmış sahələrin 5 min 742 hektarında normal bitiş alınıb.
Qeyd edək ki, bu mövsüm rayonda pambıq becərilməsi ilə bağlı 1062 məhsul istehsalçısı ilə müqavilə bağlanılıb.

Kənd təsərrüfatı 2019-05-15 12:12:00