Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycanda pambıqçılıq sahəsində ən yüksək məhsuldarlıq Cəlilabadda olub

Cəlilabad, 14 may, Bağır Əliyev, AZƏRTAC

Ötən il Cəlilabad rayonunda 505 hektar sahədə pambıq əkilib, sahələrdən 1446,6 ton və ya əvvəlki ilə nisbətən 446,6 ton çox məhsul yığılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, pambıq sahələrində ümumi məhsuldarlıq hər hektardan 28,65 sentner olub. Bu, respublika üzrə ən yüksək göstəricidir.
Rayonda pambıqçılığın yenidən bərpa edilməsi nəticəsində 200 nəfərdən çox rayon sakini işlə təmin edilib, pambıqçılıqla məşğul olan fermerlərə 947,7 min manat vəsait ödənilib. Əlavə olaraq istehsalçılara son məhsula görə 146,6 min manat subsidiya verilib.
Bu il rayonda 507 hektar pambıq sahəsi şumlanaraq aqrotexniki qaydalara uyğun hazırlanıb və istehsalçılarla müqavilələr bağlanılıb. Sahələrdə çiyid səpini optimal müddətdə başa çatdırılıb və normal çıxış alınıb.

Kənd təsərrüfatı 2019-05-14 20:40:00