×
A
A
A
Sazlamalar

“Nəqşi nur” - Bakı Rəsm Qalereyasında açılacaq növbəti sərgi belə adlanır

Bakı, 14 may, AZƏRTAC

Mayın 17-də Bakı Rəsm Qalereyasında gənc rəssam Aynur Qafarovanın “Nəqşi nur” adlı fərdi sərgisi açılacaq.
Bu barədə AZƏRTAC-a qalereyanın direktoru Eldəniz Babayev məlumat verib.
Bildirib ki, sərgidə rəssamın mili ornamentlərlə bəzədilmiş 40-dək sənət əsəri nümayiş ediləcək. Sərgi üç gün ziyarətçilər üçün açıq qalacaq.

İncəsənət 2019-05-14 10:06:00