×
A
A
A
Sazlamalar

Çinə növbəti ixrac missiyası yola düşüb

Bakı, 13 may, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə növbəti ixrac missiyası Çin Xalq Respublikasının Şanxay şəhərinə təşkil olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 13-18-ni əhatə edən missiyaya qida, şərab və digər spirtli içkilərin istehsalı sahəsində fəaliyyət göstərən 13 Azərbaycan şirkəti daxildir.
Missiya çərçivəsində Çinin Yivu və Şanxay şəhərlərində Azərbaycan sahibkarları ilə Çin iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək, Azərbaycan məhsullarının Çin bazarına ixracının genişləndirilməsinə dair müzakirələr aparılacaq.

İqtisadiyyat 2019-05-13 17:09:00