×
A
A
A
Sazlamalar

Dövlət Miqrasiya Xidmətində “DOST süfrəsi” açılıb

Bakı, 13 may, AZƏRTAC

Dövlət Miqrasiya Xidməti (DMX) insanlar arasında bərabərlik və mərhəmət rəmzi olan Ramazan ayında təşkil edilən “DOST süfrəsi” adlı aksiyaya qoşulub.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, Xidmətin qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin rəisi Aydan Seyidova, ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Elnur Kələntərov və xidmətin bir qrup əməkdaşı Azərbaycanda qaçqın statusu almaq üçün müraciət edən üçüncü ölkə vətəndaşları ilə iftar süfrəsi ətrafında görüşüblər.
Xeyirxahlıq və əmin-amanlıq rəmzi olan Ramazan ayında təşkil edilən iftar süfrəsi səmimi, mehriban ünsiyyət mühitində yaddaqalan görüşə çevrilib. DMX Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə keçirilən layihədə estafeti Dövlət Gömrük Komitəsi və Dövlət Aqrar Ticarət Şirkətinə ötürüb.

Sosial 2019-05-13 16:02:00