×
A
A
A
Sazlamalar

Cəbhə bölgəsindəki hərbi hissədə İmadəddin Nəsiminin yubileyinə həsr olunmuş tədbir keçirilib

Bakı, 13 may, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamının icrasının təmin edilməsi məqsədilə müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən, cəbhə bölgəsində yerləşən hərbi hissədə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan növbəti tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin nümayəndələrinin, hərbi hissənin şəxsi heyətinin və digər qonaqların iştirak etdikləri tədbirdə nazirliyin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin əməkdaşları, dövlət qulluqçuları Zümrüd Səmədova və Sairə Rəsulova çıxış edərək dahi şairin yaradıcılığından danışıb, onun Şərq xalqlarının ədəbi-fəlsəfi fikir tarixində dərin iz qoyduğunu, eləcə də özünəməxsus yer tutduğunu vurğulayıblar.
Tədbirdə incəsənət nümayəndələri Nəsiminin qəzəllərini oxuyublar.

Ordu 2019-05-13 13:38:00