×
A
A
A
Sazlamalar

Xocasən-Lökbatan yolunun yenidən qurulması işləri davam etdirilir VİDEO

Bakı, 13 may, AZƏRTAC 

Paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik yolların yenidən qurulması işləri çərçivəsində Xocasən-Lökbatan yolunun 12 kilometrlik hissəsinin bərpası işləri davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Xocasən-Lökbatan avtomobil yolu I texniki dərəcəli olmaqla 4 hərəkət zolaqlıdır, yolun hərəkət hissəsinin eni isə 16 metr təşkil edir.
Başlanğıcını respublikanın iki mühüm avtomobil yolu sayılan Bakı-Quba-Rusiya Federasiya ilə dövlət sərhədi avtomobil yolu ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kəsişdiyi ərazidən götürən Xocasən-Lökbatan avtomobil yolu Binəqədi və Qaradağ rayonları ərazisindən keçir, paytaxtın mühüm nəqliyyat arteriyası hesab olunur. Ümumilikdə, təmir-tikinti işləri çərçivəsində yolboyu 180 min kvadratmetrdən çox sahədə tam yeni və müasir yol infrastrukturu yaradılır.
Bundan başqa, yolboyu vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yeni piyada səkiləri inşa ediləcək, mövcud səkilər isə bərpa olunaraq asfaltlanacaq və kənarlarına 3 min poqonmetr yeni səki daşı düzüləcək.
Avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə isə yolboyu yol-cizgi və yolgöstərici xətlər, piyada zolaqları çəkiləcək, zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq.

Tikinti̇ 2019-05-13 13:23:00

Video