×
A
A
A
Sazlamalar

Bu yollarda təmir və rənglənmə işləri aparılır

Bakı, 13 may, AZƏRTAC 

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Ələt-Qazax Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bayraq Meydanı ərazisindən başlayaraq 120-ci kilometrlik hissəsinədək nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bundan başqa, paytaxtın Xəqani və Səməd Vurğun küçələrində, həmçinin Bakı Dəmir Yolu vağzalının qarşısında üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər saat 22:00-dan başlayaraq səhər saatlarınadək davam edəcək.
Sürücülərdən göstərilən saatlarda sözügedən yollarda diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Tikinti̇ 2019-05-13 12:28:00