×
A
A
A
Sazlamalar

FHN-in rəhbərliyi vətəndaşların qəbulunu keçirəcək

Bakı, 10 may, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) rəhbərliyi Göyçay, Kürdəmir və Ucar rayonlarında vətəndaşların qəbulunu keçirəcək.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən mayın 14-də saat 11:00-dan Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzinin binasında Göyçay rayon sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı mayın 13-də saat 09:00-dan Heydər Əliyev Mərkəzinin binasında başlayacaq.
Fövqəladə hallar nazirinin birinci müavini Rəfail Mirzəyev mayın 14-də saat 11:00-dan Kürdəmir şəhərindəki Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Kürdəmir rayon sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirəcək. Qəbula gələn vətəndaşların qeydiyyatı mayın 14-də saat 09:00-dan etibarən Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında aparılacaq.
Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev tərəfindən isə mayın 14-də saat 11:00-dan Ucar şəhərində, Heydər Əliyev Mərkəzinin binasında Ucar rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı mayın 14-də saat 09:00-dan Heydər Əliyev Mərkəzinin binasında başlayacaq.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə telefonu: +994 (12) 512-01-14, e-mail: [email protected].

Sosial 2019-05-10 21:39:00