×
A
A
A
Sazlamalar

Rusiya 2033-cü ilədək “QLONASS” naviqasiya sistemi üzrə 50 peyk buraxacaq

Bakı, 10 may, AZƏRTAC

Rusiya 2033-cü ilədək “QLONASS” qlobal peyk naviqasiya sistemi üzrə kosmosa 50 aparat buraxacaq. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə sistemin strateji inkişaf planında qeyd olunub.
Bildirilir ki, 2019-2020-ci illərdə naviqasiya sistemi üzrə kosmosa “Soyuz-2” raketdaşıyıcılarında 10 peyk göndəriləcək. 2024-cü ildə bu aparatları təkcə “Soyuz” raketləri deyil, həm də “Anqara” raketdaşıyıcılarının ağır versiyası ilə buraxacaqlar. Ümumilikdə, 2024-cü ildən 2034-cü ilədək “Anqara-A5” raketdaşıyıcıları vasitəsilə kosmosa 9 peyk göndəriləcək.
Strategiyaya uyğun olaraq, “Soyuz” raketlərinin hər biri kosmosa bir aparat, “Anqara” isə iki peyk daşıyacaq. “QLONASS” naviqasiya sistemi peyklərinin buraxılmasında daha “Proton” tipli raketlərdən istifadə olunmayacaq. 2030-cu ildən sistemin ştatlı orbital qrupunda daimi olaraq 24 ədəd “Qlonass-K2” aparatları olacaq. Onlar yalnız Rusiyanın yerli materialları əsasında hazırlanıb.

Texnologiya 2019-05-10 18:35:00