Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Bu magistral yolda avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq

Bakı, 10 may, AZƏRTAC 

Təmir işləri ilə əlaqədar Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 115-120-ci kilometrlik hissəsində (Hacıqabul rayonu) avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hərəkətin məhdudlaşdırılması mayın 13-dən avtomagistralın Bakı şəhəri istiqaməti üzrə olan hissəsində tətbiq olunacaq. Təmir işləri müddətində hərəkət magistral yolun sözügedən hissənin əks istiqaməti üzrə ikitərəfli olaraq təmin ediləcək.
Sürücülərdən avtomagistralın sözügedən hissəsində müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Tikinti̇ 2019-05-10 18:28:00