×
A
A
A
Sazlamalar

Bu küçələrdə rənglənmə işləri aparılacaq

Bakı, 10 may, AZƏRTAC 

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə paytaxtın 28 May və Aleksandr Puşkin küçələrində mayın 10-u saat 22:00-dan mayın 11-i səhər saatlarına kimi üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Sürücülərdən həmin müddət ərzində sözügedən küçələrdə müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Tikinti̇ 2019-05-10 12:21:00