×
A
A
A
Sazlamalar

Rövşən Rzayev: Prezidentin tapşırığına əsasən məcburi köçkünlərin problemlərinin həlli istiqamətində iş aparılır VİDEO

Bakı, 10 may, AZƏRTAC

Təxminən il yarımdan sonra Bakının bir neçə rayonunda məcburi köçkünlərin mənzillərlə tam təmin olunması işləri başa çatacaq.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.
Bu istiqamətdə işlərin hazırda planlı şəkildə görüldüyünü deyən R.Rzayev bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən məcburi köçkünlərin problemlərinin həlli istiqamətində müvafiq tədbirlər reallaşdırılır. Bu, həm də Birinci vitse-prezident Mehriban Əliyevanın gündəlik nəzarətində olan məsələdir. Komitə verilən tapşırıqlar əsasında fəaliyyət göstərir. Yaxın aylarda Pirallahı rayonunda yaşayan bütün məcburi köçkünlər müasir mənzillərlə təmin ediləcəklər. Təxminən il yarımdan sonra Bakının bir neçə rayonunda bütün məcburi köçkünlər müasir mənzillərlə təmin olunacaqlar.
Rövşən Rzayev əlavə edib ki, dövlətimizin başçısı qəzalı binalarda müvafiq işlərin görülməsi barədə də tapşırıq verib.

Sosial 2019-05-10 12:08:00

Video