×
A
A
A
Sazlamalar

Böyük Vətən müharibəsinə həsr olunmuş tədbir - “Qələbə bizimlədir”

Bakı, 10 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mirzə Ələkbər Sabir adına Bülbülə qəsəbə Mədəniyyət evi faşizm üzərində Qələbənin 74–cü ildönümünə həsr olunmuş “Qələbə bizimlədir” adlı tədbir keçirib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbir qəsəbədə 1941-1945-ci illərdə həlak olanların xatirəsinə ucaldılmış abidənin önündə baş tutub.
Əvvəlcə dövlət himni səsləndirilib, abidənin önünə əklil qoyaraq Böyük Vətən müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Böyük Vətən müharibəsi və cəbhədə döyüşən qəhrəmanlarımız barədə məlumat verilib, kompozisiyalar təqdim edilib və “Dilbərim” rəqs qrupunun ifasında rəqslər ifa olunub.

Mədəniyyət 2019-05-10 11:01:00