×
A
A
A
Sazlamalar

Xorvatiya sahillərində eramızdan əvvəl I əsrə aid gəmi aşkarlanıb

Zaqreb, 9 may, AZƏRTAC

Xorvatiya sahillərində Molat adasının yaxınlığında eramızdan əvvəl I əsrə aid gəmi aşkar olunub.
AZƏRTAC xəbər verir ki, belə gəmilər Qədim Roma varlılarının xoşladığı Adriatik dəniz sahillərində villaların inşasında tikinti materiallarının daşınması üçün istifadə olunurdu. Arxeoloqların fikrincə gəminin yükünü araşdıraraq qədim dövrlərdə inşa olunan villalar barədə təsəvvür yaranacaq.


İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Zaqreb

 

Bu maraqlıdır 2019-05-09 17:22:00