×
A
A
A
Sazlamalar

Mayın 10-da paytaxtın bir sıra avtomobil yollarında hərəkətin istiqaməti dəyişdiriləcək

Bakı, 9 may, AZƏRTAC

Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə keçiriləcək tədbirlərlə əlaqədar paytaxtın bir sıra avtomobil yollarında hərəkətin istiqaməti dəyişdiriləcək.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə səhər saat 08:00-dan tədbir tam başa çatanadək Parlament prospekti – Fəxri xiyaban istiqaməti üzrə məhdudiyyət tətbiq olunacaq.
Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni, teleteatrın binasının yanından, eyni zamanda, Milli Məclisin arxasından Parlament prospekti, Şövqiyar Abdullayev, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələri istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək.
Sürücülərdən və avtomobil sahiblərindən xahiş olunur ki, bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər və ictimai nəqliyyata üstünlük versinlər.
Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.

Sosial 2019-05-09 14:15:00